Ən çox izlənən videolar

Ukrayna Baş Naziri istefa verdi - VİDEO

REAL-ın Ukrayna bürosu Ukrayna Nazirlər Kabinetinin qarşısından ən son məlumatları çatdırıb.

Bu gün Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa ərizəsi ilə Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.

Bu barədə Ukraynanın baş naziri Aleksey Qonçaruk öz facebook səhifəsində bildirib.

"Mən bu vəzifəyə prezidentin proqranmını yerinə yetirmək üçün gəlmişdim. O, mənin üçün səmimiyyət və alicənablıq simvolu olub. Prezidentə olan hörmətimin şübhə altına alınmamaması üçün istefa ərizəsi yazdım". 

Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, Vladimir Zelenski gün ərzində ərizəyə baxacaq və qərar qəbul edəcək.

İstefaya səbəb isə yanvarın 16-da "prezidenti necə aldatmaq youtube kanalı"nda yerləşdirilən Ukraynanın baş naziri Aleksey Qonçarukun Ukrayna Maliyyə naziri Aksana Markalova və Ukrayna Milli Bankının başçısı Yakov Smoli Yekaterina Buraşkova ilə keçirdiyi audioyazılarıdır. Həmin audioyazılarda Qonçaruk ehtimal olunan şəxs ölkə prezidenti Vladimir Zelenski barədə etik normalardan kənar ifadələr işlədir.

Bu kateqoriyadan digər videolar
Digər videolar