Ən çox izlənən videolar

QMKİDK-də qanvermə aksiyası keçirilib - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan qanvermə aksiyası keçirilib.

Qanımız bir-canımız bir devizi ilə keçirilən aksiya Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilib. Aksiyada Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər qan veriblər.Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin mətbuat xidmətinin əməkdaşı Nazilə Alməmmədovanın sözlərinə görə,tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ötən il də Dövlət Komitəsində eyniadlı könüllü qanvermə aksiyası keçirilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar