Ən çox izlənən videolar

BŞTİ 20 Yanvar gününə həsr olunmuş sərgi təşkil etdi - VİDEO

20 Yanvar hadisəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi.

Sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev,idarənin müxtəlif bölmə rəhbərləri, müəllimlər və digər şəxslər iştirak edirdilər.

Sərgidə həmçinin azyaşlıların təqdimatında müxtəlif şeirlər səsləndirildi, bədii kompozisiyalar nümayiş olundu.

Sonda isə sərgiyə baxış keçirildi.

Bu kateqoriyadan digər videolar
Digər videolar