Ən çox izlənən videolar

“Azadlıq Fədaisi“ - VİDEO

1990-cı il 20 Yanvarda şəhid olan qəhrəman oğullarımızdan biri də Azərbaycan Texniki Universitetinin tələbəsi İlqar Hümbət oğlu Əhmədov olub.Sovet qoşunlarının Bakıya yeridilməsinə qarşı çıxan minlərlə gəncdən biri olan İlqar Əhmədov “Salyan Kazarmaları” adlanan ərazidə dinc etiraz nümayişində iştirak zaman mənfur düşmənin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Bu gün təhsil aldığı Azərbaycan Texniki Universitetində həm İlqar Əhmədovun, həm də digər 20 yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edildi. Az TU-nın Televiziya Studiyasının hazırladığı və şəhid İlqar Əhədova həsr olunmuş “Azadlıq fədaisi” sənədli filmi nümayiş olundu.

Daha sonra çıxış edən Az TU-nun rektoru Vilayət Vəliyev, Prezident Kitabxanasının Şöbə Müdiri Nazim Mustafa və digərləri 20 Yanvar hadisələri barədə ətraflı məlumat verdilər və bu qanlı hadisələrə zəmin yaradan tarixi faktlardan danışdırlar .

Azərbaycan xalqı o zamn haqsızlığa qarşı, xüsusən də Dağlıq Qarabağda erməni separatizminə qarşı Moskavanın mərkəzi hökümətin tədbir görməməsi, o zamankı Azərbaycan hakimiyyətnin xalqla həmrəy olmamasına qarşı azadlıq səsini qaldırdı.Lakin imperiya ordusu, Sovet ordusu, Azərbaycan xalqının səsini boğmaq , onun azadlıq uğrunda, suverenliyi uğrunda mübarizəyə qalxmaması üçün Bakıya qoşun yeritdi.Və ondan sonrakı günlərdə Neftçalada və Lənkəranda yenə qətliamlar törədildi.

Biz bunu heç vaxtı unutmayacağıq.

Bu kateqoriyadan digər videolar
Digər videolar