Ən çox izlənən videolar

Nur-Sultanda 20 Yanvar qırğınına həsr olunan anım tədbiri keçirilib - VİDEO

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Qazaxıstanın paytaxtı Nur-Sultanda 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti və fotosərgi təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı Səfiri Rəşad Məmmədov bildirdi, musiqi proqramını və sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyin necə əvəzsiz bir miras olduğunu bir daha xatırlatmaqdır.Anım tədbiri tanınmış gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Fəqan Həsənlinin təqdimatında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Şopen, Şnitke kimi Azərbaycan və dünya klassiklərdən seçilmiş əsərlərin ifası ilə davam etdi.

“Şəhidlərin xatirəsinə həsr olunan proqram çox maraqlı keçdi. Biz şəhidlərə görə təəsüflənir və onların ruhuna dua oxuyuruq. Məncə o insanlar boşuna canlarını vermədilər. Çünki dost Azərbaycan müstəqillik əldə etdi, insanlar azadlığa qovuşdular. Ona görə bu böyük gündür, Azərbaycanın müstəqilliyi uğurunda canlarını fəda edənlərin anım günüdür”.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar