Ən çox izlənən videolar

Bişkekdə 20 Yanvar hadisələrinin 30 illiyi ilə bağlı tədbir keçirilib - VİDEO

Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.Əvvəlcə iştirakçılar Səfirliyin foyesində 20 Yanvar faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablar və foto sərgi ilə tanış oldular. Qırğızıstan parlamentinin üzvləri, hökumət təmsilçiləri, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlərin iştirak etdiyi tədbirdə Azərbaycan Qırğızıstandakı səfiri Hidayət Orucov Qanlı Yanvar cinayətinin yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə vandallıq nümunəsi olduğunu qeyd etdi. Digər çıxış edənlər də Azərbaycanın keçmiş sovetlər birliyi ölkələri arasında müstəqillik üçün mücadilə aparan ilk dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırılmasına rahatlıqla göz yummasının onların riyakar mövqeyinin bariz sübutu olduğunu bildirdilər.

“Bu gün qazaxlar da Azərbaycan xalqı ilə birgə 30 il öncə 20 yanvarda 1990-cı ildə canlarını fəda edən insanları yad edir. O zaman sovet hərbi rəhbərliyiinin tapşırığı ilə Bakıya qoşun yeridilmişdi. Bu dəhşətli və yanlış addım sovet mərkəzi rəhbərliyinin milli respublikalara olan münasibətini göstərirdi. 1986-cı ilin dekabr ayında Qazaxstanın Almatı şəhərində baş verən hadisələri də biz hamımız yaxşı xatırlayırıq. Ardıcıl şəkildə Almatı, Tiflis, Bakı və Baltikyanı ölkələrdə baş verənlər qorxunc zəncirin halqaları idi. Bakıda baş verənlər onunla fərqlənirdi ki, xalq Dağlıq Qarabağda baş verənlərə, ittifaqa daxil olan başqa bir dövlətin təcavüzünə etiraz edirdi. Düşünürəm ki, zaman gələcək tarix bu hadisələrə qiymət verəcək və günahkarlar gec-tez cəzalandırılacaqlar”.

Sonda 20 Yanvar hadisələrindən bəhs edən “Qara Yanvar” adlı sənədli film nümayiş etdirildi.

Bu kateqoriyadan digər videolar
Digər videolar