Ən çox izlənən videolar

“20 Yanvar“ stansiyasında şəhidlərin xatirəsi yad edildi - VİDEO

Numerologiya elminə görə hər bir rəqəmin öz anlamı var.

Deyilənə görə, 20 rəqəmi gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Bu fikirlə düşünsək görərik ki, elə azərbaycanlılar üçün də 20 rəqəmi təzadlı mənalar ifadə edir.

Bizim üçün 20 Yanvar həm hüzn günü, həm də mərdlik günüdür. Bizim üçün 20 Yanvar həm qanlı Yanvardır, həm də şanlı Yanvar. 2020-ci ildəyik və bu gün həmin o tarixin üzərindən 30 il keçir. Bizi azadlığa, müstəqilliyə aparan yollar da sözün hər iki mənasında "20 Yanvar"dan keçir. Və 30 il öncə olduğu kimi bu gün də Bakı metropoliteni iş başındadır.

O qanlı gecənin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən "20 Yanvar" stansiyasının platformasında güllərdən ibarət kompozisiya qurulub. Şəhidlərin xatirəsinə əbədi ehtiramın ifadəsi olaraq, bu kompozisiyanın ətrafında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.

Saat 12:00-da ölkə ərazisində, bütün nəqliyyat vasitələrində olduğu kimi metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirildi.

Bakı Metropoliteni QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri bu məqamı "20 Yanvar" stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd etdilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar