Ən çox izlənən videolar

20 Yanvar qırğınının ildönümü Səudiyyə Ərəbistanında anılıb - VİDEO

20 Yanvar qığınının 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə xarici qonaqlar və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

Səfir Şahin Abdullayev çıxış edərək Azərbaycan xalqının azadlıq mübarizəsi tarixindən danışıb, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında şanlı səhifələrdən biri olduğunu bildirib.

Səfir Qanlı Yanvar hadisələrində şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların, qocaların və qadınların olması, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edilməsi faktları barədə məlumat verib.

Şahin Abdullayev, o zaman heç bir vəzifəyə sahib olmayan, adi vətəndaş statusuna malik olan Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək keçmiş SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etdiyini və 20 Yanvar qırğının Azərbaycan xalqının iradəsini əzə bilmədiyini sübut etdiyini bildirib.

Sonra iştirakçılara 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı yanvara aparan yol” qısametrajlı filmi nümayiş etdirilib.

Səudiyyə Ərəbistanının aparıcı kütləvi informasiya vasitələrindən Əl-Cəzirə qəzetində səfir Şahin Abdullayevin “Azərbaycanda 20 Yanvar faciəsinin ildönümüdür” başlıqlı məqaləsi də dərc olunub.

Bu kateqoriyadan digər videolar
Digər videolar