Ən çox izlənən videolar

Brüsseldə 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilən anım mərasimi keçirilib - FOTO, VİDEO

Bu gün Belçikanin Brüssel şəhərində Azərbaycanin Belçikadakı səfirliyi 20 Yanvar hadisələrinin 30 illiyinə həsr edilən anım mərasimi keçirib.

Mərasimi Azərbaycan səfirliyi və Belçika Brüsselin paytaxt regionlarının hərbi komandanlıgı ilə birgə Brüsseldə yerləşən Konqres Stunu Memorial Kompleksin yaninda defn olunan naməlum əsgərin məzarı önündə təşkil ediblər.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev abidə önünə əklil qoyaraq 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Anım mərasimində Azərbaycan Respublikasının Belçikadakı səlahiyyətli səfiri Fuad İsgəndərov, Silahlı Qüvvələrimizin NATO-nun hərbi komitəsi yanındakı hərbı nümayəndəliyinin rəhbəri və zabitləri, səfirliyin əməkdaşları iştirak ediblər.

REAL-ın AVROPA bürosu

Bu kateqoriyadan digər videolar
Digər videolar