Ən çox izlənən videolar

20 Yanvar şəhidlərinin xatirəsi anılır - VİDEO

20 Yanvar şəhidlərinin xatirəsi Şəhidlər Xiyabanında anılır.

Gün ərzində minlərlə soydaşımız həmin günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan və sonda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhramanlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına üz tuturlar.

Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu hadisələri törədənlərə öz dərin nifrətini bildirir.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı.

Hadisələr zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar