Ən çox izlənən videolar

Şəhidlər Gədəbəy rayonunda anılıb - VİDEO

Gədəbəydə 20 Yanvar qırğınının 30-cu ildönümü münasibətilə rayonun Şəhidlər Xiyabanında ümumrayon anım mərasimi keçirilib. Ümumxalq hüzn günündə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbirində minlərlə insan Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

RİH başçısı ümumrayon anım tədbirində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Gədəbəy rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

Anım tədbirləri çərçivəsində məktəblilərinin 20 Yanvara həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi ilə tanışlıq olub, rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar