Ən çox izlənən videolar

Moskvada 20 Yanvar şəhidləri anıldı - VİDEO

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın və Rusiyanın dövlət və ictimaiət xadimləri, Rusiyada akkredite olunmuş diplomatik korpusun nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Tədbirdə Heydər Əliyevin baralyefi və 20 Yanvar şəhidlərinin adı qeyd olunmuş löhvənin önünə qərənfillər düzülüb.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadaki səfiri Polad Bülbüloğlu və Rusiyanın hökümət və ictimaiyyət nümayəndələri bu günün Azərbaycan dövlətinin və xalqının həyatında tutduğu önəmindən danışıblar.

Bildirilib ki, 20 Yanvarla bağlı yenidən istintaq aparılmalı və günahkarlar cəzalandırılmalıdır.

Digər çıxışçılar da bu günün prizmasından 20 Yanvar hadisələrinin nəticələrinə baxaraq, Azərbaycan xalqının müstəqilliyi qanla qazandığını qeyd ediblər.

Bu kateqoriyadan digər videolar
Digər videolar