Ən çox izlənən videolar

Deputatlığa namizədlərin sayı 1542-yə çatıb - VİDEO

2020-ci ilin fevralın 9-da təyin edilən parlament seçkiləri ilə əlaqədar 1542 nəfərin namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasında bildirdi.

Parlament seçkilərində iştirak etmək istəyən 95 nəfər isə namizədliyini geri götürüb.

Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Daha sonra parlament seçkiləri ilə əlaqədar MSK daxil olan şikayət və müraciətlərə baxıldı.

Bu kateqoriyadan digər videolar
Digər videolar