Ən çox izlənən videolar

Aİ-Azərbaycan əməkdaşlığı - VİDEO, YENİLƏNİB

"Azərbaycan hökuməti Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə ifadə edib. Biz bu prinsipimizə sadiqik".

Bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi üzərində iş aparılmaqdadır:

Konfransda həmçinin “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.

Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Niderland Mərkəzi Statistika Bürosunun Baş direktoru Tjark-Tsin-A-Tsoi imzalayıblar.

Tahir Budaqov bildirib ki, Niderland Mərkəzi Statistika Bürosu hazırda ən qabaqcıl statistika qurumlarından biridir:

Konfrans KİV nümayəndələrinin sualları ilə davam etdirilib.

 

***

15:20

"Azərbaycanın gələcəyi, Azərbaycan və Avropa İttifaqı əlaqələri baxımından "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin böyük əhəmiyyəti var".

Bunu layihənin yekunlarına həsr olunmuş konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır:

"Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox investisiya yatıran ölkələrdir. Aİ həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir. Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər ticarət və iqtisadiyyata aiddir. Yaxın gələcəkdə Azərbaycan və Avropa İttifaqı arasında sazişə dair məsləhətləşmələrin, yaxud da danışıqların yeni mərhələsi həyata keçiriləcək. Ümid edirik ki, tərəfdaşlıq sazişini imzalayacağıq. Bunun üçün konkret tarix olmasa da, hər iki tərəf danışıqların tezliklə yekunlaşdırılmasına və imzalanmasına səylər göstərir".

K. Yankauskas deyib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzrə danışıqların yekun mərhələsindədir və "bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə çıxacaq".

Bu kateqoriyadan digər videolar
Digər videolar