Ən çox izlənən videolar

Dəm qazı təhlükəsi - VİDEO

Qışın gəlməsilə insanların təbii qazdan istifadəsinə təlabatı da artırır.

Ancaq bu təlabat özü ilə bəzən ölüm də gətirir. Ölkədə dəm qazından zəhərlənmə və ölüm xəbərləri ilə mütəmadi olaraq qarşılaşırıq. Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.
Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar?

Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, ürəyin zədələnməsi baş verir. Bunu Reala açıqlamasında Kliniki tibbi mərkəzin Taksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirdi. Onun sözlərinə görə bu ilin əvvəlindən dəm qazı zəhərlənməsi ilə Kliniki tibbi mərkəzə 82 nəfər müraciət edib ki, bu da ötən ay ilə müqayisədə 18% azdır.

Azər Maqsudovun sözlərinə görə əgər zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılırsa onun həyatını xilas etmək mümkün olur, əks halda bu ölümlə nəticələnə bilir. Xüsusən də az yaşlı uşaqlar az miqdarda dəm qazından həyatlarını itirə bilərlər.

FHN-in ictimaiətlə əlaqələr idarəsi və əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş məsləhətçisi Turqay Abbaslı bilidirir ki, nasaz və standartlara uyğun olmayan qaz cihazlarından istifadə olunması, eyni zamanda işlək vəziyyətdə olmayan tüstü bacaları, ventilyasiya sistemləri dəm qazı təhlükəsinə səbəb ola bilir.

Statistkaya görə dəm qazından zəhərlənmələrinin təxminən üçdə biri ölümlə nəticələnir.

Qeyd edək ki, bu təhlükədən uzaq olmaq üçün mütəmadi olaraq evlərin bacalarının təmizlənməsi də əsas şərtlərdən biridir. Hazırda bacaların təmizlənməsi işlərini özəl şirkətlər həyata keçirir. Buna görə də bir şəxs könüllü şəkildə həmin şirkətlərlə müqavilə bağlayaraq öz evinin bacasını təmizlətdirə bilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar