Ən çox izlənən videolar

Parlamentdə bir yerə 10-12 namizəd var - VİDEO

Müəyyən qisim namizədliyini geri götürsə də, parlamentdə bir yerə 10-12 namizəd var.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrdə jurnalistlərə açıqlamasında dedi.

Məzahir Pənahov həmçinini bildirdi ki, Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb.Onun sözlərinə görə, Son bələdiyyə seçkiləri ilə bağlı şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisə olunmaz dərəcədə azalıb və Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq.

Xatırladaq ki, Milli məclisə seçkilər 2020-ci il fevralın 9 -na təyin edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar