Ən çox izlənən videolar

MSK-da seminar keçirildi - VİDEO

Məntəqəyə daxil olan vətəndaşın mobil telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur.

Bunu MSK sədri Məzahir Pənahov bu gün “Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə”də çıxışı zamanı dedi.

"Seçki mübahisələrinin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirənin başlıca məqsədi Milli Məclisə seçki mübahisələrinin həlli istiqamətində müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.

Seminar-müşavirədə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış etdilər.

Qeyd edək ki, seçki mübahisələrinin həllinə həsr olunan növbəti regional seminar-müşavirələrin paralel olaraq Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.

Bu kateqoriyadan digər videolar
Digər videolar