Ən çox izlənən videolar

Koronavirusdan ölənlərin sayı artıb - VİDEO

Çində vəhşi heyvanlardan yayıldığı ehtimal olunan yeni növ koronavirusun səbəb olduğu xəstəlikdən ölənlərin sayı bir gündə, təxminən, 2 dəfə artaraq 17 nəfərə çatıb.

Virusa 544 nəfərin yoluxduğu bildirilir.

Çindən xaricdə isə 7 nəfər koronavirusa yoluxub.

Onlardan biri ötən gün Amerika Birləşmiş Ştatlarında qeydə alınıb.

Virus ilk dəfə Çinin Uxan şəhərində aşkarlanıb.

Şəhər rəhbərliyi epidemiyaya qarşı mübarizə məqsədilə ictimai nəqliyyatı dayandırıb.

Sakinlərinin şəhərdən çıxmaması tövsiyə olunub.

Hava limanları, qatarlar və digər uzaq məsafəli nəqliyyat vasitələri xaricə çıxan turistlər üçün bağlanıb.

Ümumdünya Səhiyyə Təşkilatında virusla əlaqədar qlobal “fövqəladə vəziyyət” elan edib-etməmək barədə müzakirələr başlayıb.

Qeyd edək ki, xəstəliyin əsas simptomları hərarət, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar