Ən çox izlənən videolar

Fransada 2 nəfərdə virus aşkarlanıb - VİDEO

Fransanın səhiyyə naziri Anyes Büzen Paris və Bordo şəhərlərində 2 nəfərdə yeni növ koronavirusun aşkarlandığını təsdiqləyib.

Nazir virusa yoluxan şəxslərin bir müddət əvvəl virusun baş qaldırdığı Çinin Uhan şəhərində olduqlarını və daha sonra Fransaya qayıtdığını bildirib.

Bu arada, Amerika Birləşmiş Ştatlarında daha bir nəfərin virusa yoluxduğu müəyyən edilib.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 39 nəfərə çatıb, virusa 900-a yaxın insan yoluxub.

Uhan şəhərində epidemiya ilə mübarizə tədbirləri görülür.

İctimai nəqliyyatın şəhər xaricinə çıxmasına icazə verilmir.

Virusun səbəb olduğu xəstəliyin əsas simptomları hərarət, ağciyərlərdə infiltrasiya və tənəffüs çatışmazlığıdır.

Yeni növ koronavirusun vəhşi heyvanlardan yayıldığı ehtimal olunur.

Ümumdünya Səhiyyə Təşkilatı virusla əlaqədar hələlik qlobal “fövqəladə vəziyyət” elan edilməyəcəyini bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar