Ən çox izlənən videolar

Conson “Brexit” sazişini imzalayıb - VİDEO

Böyük Britaniyanın baş naziri Boris Conson ölkəsinin Avropa İttifaqı üzvlüyündən çıxmasına dair sazişi imzalayıb.

“Sazişin imzalanması, 2016-cı il referendumunun nəticəsinin yerinə yetirilməsi və uzun illər davam edən mübahisələrin və fikir ayrılıqlarının sona çatmasının göstəricisidir. Nəhayət, Avropa İttifaqı ilə dostluq və bərabərliyə əsaslanan güclü, yeni əlaqələr quraraq daha yaxşı sosial xidmətlər təklif edə, Birləşmiş Krallığımızın hər küncünün potensialını inkişaf etdirməyə yönələn bir hökumətlə ölkəmizi irəliləyə apara bilərik” – deyə Conson bildirib.

Qeyd edək ki, ötən gün Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi də “Brexit” sənədini təsdiqləyib.

Razılaşma parlamentin tam tərkibi ilə 29 yanvarda axırıncı dəfə səsverməyə çıxarılacaq.

“Brexit” yanvarın 31-nə təyin olunub.

“Brexit”dən sonra 2020-ci ilin sonuna qədər davam edəcək bir keçid dövrü başlayacaq.

Bu müddət ərzində London və Brüssel bütün sahələrdə gələcək əməkdaşlıq üçün formatlar hazırlamalıdırlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar