Ən çox izlənən videolar

Amerikalı hərbçilər beyin zədəsi alıblar - VİDEO

İranın İraqdakı Amerika hərbi bazalarına endirdiyi raket zərbəsi nəticəsində 34 Amerika hərbçisi beyin zədəsi alıb.

Bu barədə Amerika müdafiə nazirliyinin mətbuat katibi Conatan Hoffman açıqlama verib.

“Almaniyaya köçürülən 8 hərbçi Amerikaya qayıdıb. Onların müalicəsi burada davam etdirləcək. 9 nəfər isə hələ ki, Almaniyadır. Onların müayinə və müalicəsi orada davam edir. Küveytdə müalicə alan bir nəfər isə İraqda xidmət sıralarına qayıdıb” – deyə Hoffman bildirib.

Xatırladaq ki, 8 yanvarda baş vermiş hadisədən sonra prezident Donald Tramp heç bir amerikalı əsgərin ölmədiyini və yaralanmadığını bildirmişdi.

İran general Qasım Süleymani Amerika Birləşmiş Ştatlarına məxsus dron vasitəsi ilə öldürüldükdən sonra İnqilab Keşikçiləri Ordusu İraqdakı Amerika bazalarına zərbələr endirib.

Rəsmi Tehran reyd nəticəsində 80 amerikalı əsgərin öldürüldüyünü iddia edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar