Ən çox izlənən videolar

“Könüllülər Yurdu-Azərbaycan“ - VİDEO, YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Gənclər Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılan,artıq 3 ildir ki davam edən, genişmiqyaslı Könüllülər yurdu-Azərbaycan layihəsi başa çatdı.Tək 2019-cu ildə 45 regiondan 2500 gənci əhatə edən bu layihənin bu gün bağlanış mərasimi keçirildi.Layihənin məqsədi isə region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır. Tədbir sonrası müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşıara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda könnüllülərlə bağlı fikirlərinə toxundu.

Tədbirdən sonra könüllülərin təəssüratlarını da öyrəndik.Onlar deyirlər ki,könüllülük bizə çox şey qazandırır.Bəziləri könüllülüyün sadəcə baş ağrısı olduğunu düşünür, ancaq bir könüllü olmaq insanın istər dünyagörüşünü,istərsə də davranışını dəyişə bilir.

Qeyd edək ki, "ASAN Xidmət" fəaliyyətə başladığı gündən bu günə qədər 20 mindən çox gənc könüllük fəaliyyəti göstərib, həmin gənclərin 1000-dən çoxu "ASAN Xidmət"də işə qəbul olunub: "ASAN Könüllülər" Təşkilatı bu günə qədər 550-dən artıq, on minlərlə gənci əhatə edən tədbirlər həyata keçirib”.

Bu kateqoriyadan digər videolar
Digər videolar