Ən çox izlənən videolar

İtaliyanın Açıq Tarixi Muzey şəhəri - VİDEO

Modenanin tarixinə boylananda çox maraqli faktlar ilə raslaşmaq mümkündür.

Belə ki şəhərin ətrafındakı ərazilərin dəqiq tarixi bilinməsə də, günümüzə gəlib çatan məlumatlara görə hələ eramızın 3-cü əsrindən mövcud olduğu bilinir, çünki eramızdan əvvəl 218-ci ildə, Modena ətrafındakı ərazilərdə Ligurian qəbilələri, Etrusklar məskunlaşmışdı. Hannibalın İtaliyaya işğalı zamanı Boii üsyan etdi və şəhər mühasirəyə alındı..

Mühasirənin nəticəsi məlum olmasada, sonralar, ehtimal edilir ki, Hannibalın gəlişindən sonra bu ərazilər tərk edilib. Daha sonra ərazidə, yenidən qurma işləri aparılıb və bu bölgə həm strateji əhəmiyyətə görə həm də Veronaya gedən yolda əhəmiyyətli bir rol oynadığına görə bölgənin mərkəzinə çevrilib. 1175-ci ildə qurulan Modena şəhəri 1686-cı ildə Francesco II d'Este tərəfindən genişləndirilərək İtaliyanın şimalındakı Emilia-Romagna bölgəsinin ən önəmli bir mərkəzə cevrilib.

Modena həm də İtaliada ilk Universiteti olan önəmli bir şəhərdir. Modena Universitetinin də quruluş tarixi 1175-ci ilə təsadüf edir.. Bu gün həmin universitetin təqribən 20.000 tələbəsi var və ənənəvi olaraq İqtisadiyyat, Hüquq və Tibb elmlərində bir nüfuza sahibdir.

Modena həm də, İtaliya ordusunun zabitlərini yetişdirən "İtalyan Döyüş Akademiyası" nın vətənidir.

Modena mərhum tenor Luciano Pavarotti və əfsanəvi avtomobil istehsalçısı Enzo Ferrarinin doğma şəhəridir. Şəhər eyni zamanda, dünyada balzam sirkəsi və pendir istehsalı ilə də tanınır.

Modena, İtaliyanın avtomobil sənayesinin əsas mərkəzlərindən hesab edilir və Turin ilə birlikdə uzun bir avtomobil mirasına sahibdir.

İmzalı Ferrari brendi Modenese avtomobil istehsalçısı Enzo Ferrari tərəfindən Modena-da qurulub və mənzil qərargahı da məhz şəhərin kənarında, Maranello-da yerləşir. Hazırda Modenaya gələn bütün turistlərin əsas maraq gəstərdiyi muzeylerdəndir.

Mətbəxi və yeməklərinə gəlincə Modena çox vaxt ət, hams və salamidən ibarət zəngin bir mətbəxə malikdir.

Şəhərin İtalyan makaron mədəniyyətinə verdiyi töhfə isə halqa şəklində hazırlanan və ət və ya pendirlə doldurulmuş makaron növü olan tortelloni-dir. Modenanın balzam sirkəsi buranın əsas brendlərindən sayılır. 2000-ci ildə AB qanunvericiliyinə əsasən qorunan bir coğrafi göstərici oldu. Bu Sirkə salat, pendir, çiyələk və bir çox digər yeməklər üçün xüsusi bir ləzzətdir. Bu sirkənin hazirlanmasinda Lazımi üzüm bişirmək təcrübəsini qədim Romalılara aid etmək olar. 

Şəhərin Zəngin tarixi, qastronomik ənənələri idman avtomobilləri və opera musiqisi ilə əlaqəsi bu cazibədar şəhərə gələn hər kəsin zövqünü oxşayır.

Bu kateqoriyadan digər videolar
Digər videolar