Ən çox izlənən videolar

Dünyanın sonunu gətirən fəlakətlər - VİDEO

Çində koronavirus, Avstraliyada meşə yanğınları, Türkiyə və Venesuellada zəlzələ , Yeni Zellandiyada vulkan və s.

Əslində siyahını artırmaq olar. Dünyanın diqqət mərkəzində olan bu hadislərin başvermə səbəbləri və yaratdığı fəsadlardan danışacağıq.

Elə götürək son günlər dünyanın diqqət mərkəzində olan və səhiyyənin belə qarşısında aciz qaldığı koronavirusu.

Belə ki, Çinin Uxan şəhərində yayılan koronavirusa yoluxanların sayı 853-ə çatıb, 30-a yaxın adam isə bu virusdan həyatını itirib.

Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb.

Virusun yayılması ilə əlaqədar "ÜST" təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib.

Qeyd edək ki, BMT-nin Təbii Fəlakətlər Təhlükəsini Azaltma Ofisinin 2018-ci ildə olan məruzəsində bildirilir ki, son 20 ildə dünyada baş verən təbii fəlakətlər nəticəsində 1,3 milyon insan ölüb, 2,9 trilyon ABŞ dollarından artıq maddi ziyan vurulub.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar