Ən çox izlənən videolar

Vergi Məcəlləsində yeni maddə - VİDEO

Əlavə Dəyər Vergisinin məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Əlavə Dəyər Vergisi qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir.

Bu sözləri Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov dedi.

Qeyd edək ki, daxil olacaq vəsaitin 01.01.2020-ci il tarixdən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergi ödəyiciləri Məlumat Formasını 31 yanvar 2020-ci il tarixədək təqdim etməlidirlər.

Bu kateqoriyadan digər videolar
Digər videolar