Ən çox izlənən videolar

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı - VİDEO, YENİLƏNDİ

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 54 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib, onlardan dairə seçki komissiyalarında 52 min 858 nəfər akkreditasiyadan keçib. Akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı isə 409-a çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında dedi.

Sədr həm də bildirdi ki, "Yerlərdə deputatlığa namizədlər seçicilərlə görüşəndə digər namizədin adamı, bəzi qruplar həmin namizədə xeyli iradlar tutub sosial şəbəkələrdə paylaşırlar. Bu, düzgün deyil".

İclas zamanı Məzahir Pənahov bir məsələni də xüsusi vurğuladı.

Qeyd etdi ki, "Müsavat Partiyasından MSK-ya pulsuz efir vaxtı ilə bağlı müraciət daxil olub". Müraciətdə qeyd edilib ki, partiyanın 64 dairədən namizədləri qeydə alınıb, ancaq pulsuz efir vaxtı verilmir: “Qanunvericiliyə görə, partiya tərəfindən 60-dan çox namizədi irəli sürülən partiyalara pulsuz efir vaxtı verilir. Ancaq onlardan öz təşəbbüsü ilə namizədliyini irəli sürənlər var. Onlar fikirləşirlər ki, hay-küy qaldırmaqla bu məsələ həll olacaq. Qanunverciliyin tələbi nədirsə MSK ona uyğun addım atır. Hay-küy qaldırmaqla bizi nəyəsə məcbur etmək olmaz”.

Qeyd edək ki, yanvar ayının 29-dan etibarən namizədlər namizədliklərini geri götürə bilməyəcəklər. MSK sədri namizədlərə müraciət edərək bildirdi ki, onlar mübarizəni dayandırmasınlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar