Ən çox izlənən videolar

Təhsilin ali ocağı - VİDEO

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini sevdirən simalardan birinin - Cahangir Məmmədlinin 78 yaşı tamam olur.

Cahangir Məmmədli Jurnalistika fakültəsi deyiləndə ilk ağla gələn müəllimlərdəndir.

O 1942-ci ildə Ağdam rayonun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra elə öz fakültəsində müəllim kimi fəaliyyət göstərməyə başlayıb.

Bu indi də belədir. Tələbələr onun dərsini həvəslə, maraqla dinləyirlər. Hətta çox yaxşı xatırlayıram biz biririnci kursda oxuyan zaman onun dərsləri 8:30-da başlayırdı, havanın soyuq və evimizin uzaq olmasına baxmaraq onun dərsinə hamımız sevərək, həvəslə gəlirdik.

Elə biz də jurnalistika fakültəsini sizsiz təsəvvür etmirik. Siz yolu jurnalistika fakültəsindən keçən hər kəsin müəllimisiz. 78 yaşınız mübarək, müəllim!

Bu kateqoriyadan digər videolar
Digər videolar