Ən çox izlənən videolar

MSK müraciətləri DSK-ya göndərdi - VİDEO

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxmaq üçün toplanıb.

Qeyd edək ki, MSK-nın iclasında deputatlığa namizədlərin şikayət və müraciətlərini düzgün instansiyaya ünvanlanmadığı məlum olub. İclasda müzakirəyə çıxarılan müraciətlər dairə seçki komissiyasına ünvanlanmadığından, MSK onlara baxmayıb. Onlarla belə müraciət müvafiq dairə seçki komissiyalarına göndərilib və onları DSK-lar araşdıracaq. bu dairələr 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsidir.

Qeyd edək ki, MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar