Ən çox izlənən videolar

6 azərbaycanlı artıq Bakıdadır - VİDEO

Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı, iki həftə ərzində karantin müddəti keçirdikləri Türkiyədən vətənə qayıdıblar.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu.

Bu kateqoriyadan digər videolar
Digər videolar