Ən çox izlənən videolar

Qondarma “Artsax“ məhsuluna etiraz - VİDEO

Niderlandın paytaxtı Amsterdam şəhərində fəaliyyət göstərən supermarketlərdən birində Qondarma Daglıq Qarabag respublikasında istehsal olunan və "Artsax Frut" adı ilə məhsulların satışa çıxarılması bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən narazılıqla qarşılanıb.

Adı çəkilən qida məhsulları Amsterdamın Nikeri küçəsi 27 ünvanında yerləşən Mini Mix marketində satılır.

Üzərində Ermənistanın işğal altında olan Azərbaycan ərazisi - Dağlıq Qarabağda yaradılan qondarma respublikanın adı qeyd olunan "Artsax Frut" məhsullarının qanunsuz satışı ilə bağlı Azərbaycanın Niderlanddakı Səfirliyi və Avropa Azərbaycanlıları Konqresi bu ölkənin Xarici İşlər Nazirliyinə, eləcə də Vergilər və Gömrük administrasiyasına rəsmi müraciət ünvanlayıb:

Niderland rəhbərliyinə ünvanlanan müraciətdə rəsmi ölkə olmadığı üçün “Artsax” adı ilə Niderland Krallığına məhsul ixracının qanunsuz olduğu və bunun qaçaqmal hesab edildiyi vurğulanıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar