Ən çox izlənən videolar

BDU-da yenilik (VİDEO)

Bakı Dövlət Universitetində ilk dəfə olaraq tələbələr üçün psixoloji yardım sektoru açılıb.

Məqsəd Universitetin əməkdaşlarının və tələbərinin peşəkar şəxsi inkişafına kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaqdır.

Açılış mərasimində çıxış edən Universitetin rektoru Elçin Babayev bildirdi ki, burada təlim fəaliyyəti üçün əlverişli, sosial-psixoloji və sosial pedaqoji şərait yaradacaq.Daha sonra BDU-nin Psixologiya Kafedrasının müdiri Millət vəkili Bəxtiyar Əliyev psixoloji yardım sektorunun müəlim və tələbələr arasında qarşılıqlı anlaşma və qarşılıqlı hörmət atmosferinin yaranmasına mühüm töhfələr verəcəyini qeyd etdi.

Daha sonra psixoloji müayinə ilə bağlı suallara cavab verildi, yardım üçün müraciət etmək istəyənlrlə söhbət aparıldı.

Qeyd edək ki, yalnız BDU-nun əmkdaşları və tələbələri üçün nəzərdə tutulan Psixoloji Yardım sektorunda depressiv vəziyyət, psixomatik problemlər, cütlük münasibətləri, şəxsi inkişaf mözusunda təlimlərin keçirilməsi, yuxu pozuntuları, ailə konsultasiyası, zərərli vərdişlər və bu kimi xidmətlər göstəriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar