Ən çox izlənən videolar

Münhen debatına reaksiyalar - VİDEO

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr sosial şəbəkələrin Azərbaycandan olan istifadəçiləri arasında geniş əks-səda doğurub.

İstifadəçilər daha çox müzakirələrin həm orijinal dildə, həm də Azərbaycan dilinə tərcüməsi ilə videolarını paylaşırlar. Ümumi rəy Azərbaycan Prezidenti İlhan Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı faktlar və məntiqlə susdurduğu yönündədir. Debat və Prezident İlham Əliyevin aşkar üstünlüyü yüksək əhval-ruhiyyəyə səbəb olub, sosial şəbəkə istifadəçiləri Ali Baş Komandanın döyüş əmrinə belə hazır olduqlarını yazırlar.

Ayrı-ayrı vaxtlarda hakimiyyət əleyhinə çıxışları ilə tanınan, bəzi hallarda qərəzli mövqe tutan fəallar da debatda Azərbaycan Prezidentinin üstünlüyünü vurğulayırlar.

Amma radikal müxalifət təşkilatlarının liderləri debata münasibət bildirməyiblər. Fevralın 15-dən bu yana onların sosial şəbəkə hesablarında Münxen müzakirələri barədə müsbət və ya mənfi rəyə rast gəlmək mümkün deyil.

Ermənistanda da debat müzakirələrə səbəb olub. Ermənilər də Nikol Paşinyanın pis vəziyyətdə qaldığını etiraf edirlər. Onların bir neçəsinin yazdıqları:

Ermənistanın tanınmış müğənnisi Anna Hovner: Nikol Paşinyan, əgər sənə desələr ki, bu, möhtəşəm çıxış idi, inanma. Reallıqdan uzaalaşma və bil: sən sıfırsan, bir heçsən.

Politoloq Andranik Tevanyan: Bu imic və bu ehtiyatla beynəlxalq auditoriya qarşısında çıxış edən Paşinyan bir daha sübut etdi ki, dövlət başçısı kostyumu ona çox böyüldür! Çox böyük!

"Ümumerməni milli tərəqqisi" təşkilatının həmsədri Lusine Aroyan-Dalakyan: Biz biabırçı şəkildə uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O, yaxşı hazırlaşmışdım, jestlər savadlı seçilmiçdi. Paşinyan isə bir suala belə tam cavab verə bilmədi, əks-zərbə endirmədi.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar