Ən çox izlənən videolar

Balakəndə narkotik quldurları - VİDEO

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb, 1 nəfər isə axtarılır.

Balakən şəhər sakini, 35 yaşlı Elşad Məsiyevin Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1,7 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.

Elşad Məsiyev narkotik vasitəni 38 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Elşad Məsiyevin evində qonaq qismində olan 45 yaşlı Qəhraman Bayramov və 36 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0,5 qram heroin aşkar edilərək götürülüb.

Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən 0,7 qram heroin aşkar edilərək götürülüb.

Keçirilən digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,3 qram, 33 yaşlı Elşad Mustafayevin yaşadığı evdən isə 41,4 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə cinayət işi başlanılıb. Elşad Mustafayevin tutulması istiqamətində tədbirlər aparılır digərləri şübhəli şəxs qismində saxlanılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar