Ən çox izlənən videolar

Gələcək üçün qan verənlər - VİDEO

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə ənənəvi qanvermə aksiyası baş tutub.

Qanvermə aksıyası ölkə başçısın təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədi ilə keçirilib.
Artıq 5-ci dəfə keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, əlaqədar təşkilatların əməkdaşları aksiyaya qoşulublar.

Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadası tərəfindən yığılan qan ehtiyatı yoxlanılaraq qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və onların həyatı kütləvi qanvermə aksiyalarıdan asılıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar