Ən çox izlənən videolar

BP şirkəti Xəzərdə bu il daha bir kəşfiyyat quyusunu qazmağı planlaşdırır - VİDEO

Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən və 1 100 kvadrat kilometr ərazini əhatə edən "Şəfəq-Asiman" dəniz blokunda geoloji-kəşfiyyat işi davam edir.

Qeyd edək ki, Azərbaycanın ən böyük neft və qaz yataqlarının istismarçısı və əməliyyatçısı olan BP şirkəti sözügedən dəniz blokunda kəşfiyyat qazma işlərinə bu ilin yanvar ayından başlayıb.

BP-nin Ünsiyyət və Sosial Sərmayələr üzrə meneceri Tamam Bayatlının REAL-a verdiyi məumata görə, kəşfiyyat quyusunun ümumi dərinliyinin 7000 metrə çatacağı gözlənilir.

Bütün diqqətimiz odur ki, ilk kəşfiyyat quyusu olan Şəfəq Asimanı vaxtında bitirək və əldə etdiyimiz məlumatların təhlilini keçirək. Və sonrakı planlarımızı hazırlayaq. Hazırda qazma işləri uğurlu gedir və bundan başqa ötən ilin dekabr ayında elan etdik ki, yenə dəniz bloku olan DEY 230-da 3 ölçülü seysmik proqrama başlamışıq. Bu da çox mühüm bir proqramdır. Çünki bu proqram nəticəsində əldə edəcəyimiz məlumatlat təhlil olunandan sonra biz orada ilk kəşfiyyat qrupumuzun yerini seçməliyik. Təqribən 55 faiz işlər görülüb artıq.

Bu ilin birinci rübünü yekununda seysmik proqramın başa çatacağını deyən Tamam Bayatlı həmçinin qeyd etdi ki, Azəriçıraq Günəşli və Şahdənizdəki hasilat işləri də plan üzrə gedir. Azəriçıraq Günəşlidə hasilatın səviyyəsini saxlamaq üçün müəyyən işlər aparılır. Amma bu Şahdəniz üçün keçərli deyil.

Şahdənizə gəldikdə isə bu il hasilatımız artacaq. Çünki biz Şahdəniz 2-ni istismara verəndən sonra artıq qaz əldə olunandan bəri hər gün orada qaz hasilatını artırırıq ki, Avropaya qaz verilməsi üçün, bilirsiz ki, 2020-ci ilin sonlarında biz plan üzrə TANAP və TAP vasitəsilə Avropaya bu il Şahdəniz 2-dən ilk qaz gedəcək.

BP-nin yaxın vaxtlarda “Dayaz sulu Abşeron” da ilk kəşfiyyat quyusunun qazacağı da gözlənilir.

Qeyd edək ki, plana əsasən “Dayaz sulu Abşeron” -da qazma işlərinə bu il başlanılacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar