Ən çox izlənən videolar

Azərbaycan-İtaliya əlaqələri - VIİDEO, YENİLƏNİB

Azərbaycanla-İtaliya əlaqələri 27 illik bir tarixə söykənir. Bu iki ölkə arasında yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Elə prezidentin İtaliyaya səfəri də bu deyilənlərin bariz nümunəsidir. Sözügedən səfər çərçivəsində 25 sənəd imzalanıb.

Azərbaycan və İtaliya arasında siyasi sahədə olduğu kimi, iqtisadi əməkdaşlıq da uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.

İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon dollar, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırılıb. İtaliya şirkətləri də Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi layihələrdə, məsələn Cənub Qaz Dəhlizi layihəsində iştirak edir. Bu layihədə İtaliya şirkətlərinin 7 milyard avrodan çox payı var.

Hazırda ölkəmizdə çoxsaylı italyan şirkətləri fəaliyyət göstərir. Azərbaycanda müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb. Təkcə 2018-2019-cu illərdə italyan şirkətləri ilə ümumi dəyəri 1 milyard avrodan çox olan müqavilələr imzalanıb. İtaliya şirkətləri Azərbaycanda əsasən enerji, ətraf mühit, infrastruktur, neft-kimya, İKT kimi sahələr üzrə tərəfdaşlıq sazişlərinə malikdir. Lakin italiyan sərmayədarlar bununla kifayətlənməyib digər - nəqliyyat, bərpaolunan enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar və əczaçılıqda da işbirliyində maraqlıdırlar.

Qeyd edək ki, Azərbaycan İtaliya üçün həm də fındığın əsas tədarükçülərindən biridir.

Bu kateqoriyadan digər videolar
Digər videolar