Ən çox izlənən videolar

YAP könüllülərinin toplantısı - VİDEO

Azərbaycanda həyata keçirilən gənclər siyasəti uğurlu nəticələr verir. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.

Bu fikirlər Yeni Azərbaycan Partiyasında YAP könüllülərinin toplantısında səsləndirilib.

YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, komitə üzvləri, partiyanın rayon təşkilatlarının gənclər birliyinin sədrləri və gənc könüllülər iştirak etdiyi toplantıda Gənclər Birliyinin sədrləri Azərbaycanda könüllülərin ictimai-siyasi həyatda rolundan danışıblar.

Çıxışlardan sonra bir neçə nominasiya üzrə YAP-ın üzvü olan könüllülər diplomla təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Bu kateqoriyadan digər videolar
Digər videolar