Ən çox izlənən videolar

Yazın astanasında - VİDEO

Xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatıb və Boz ay başlayıb.

Novruz bayramından öncəki 1 ayı əhatə edən dövrə Boz ayla yanaşı, “yazın qırxlı çağı”, “alaçalpo , “çilləbeçə”lər, “ağlar-gülər ay” da deyilir. Boz ayın əsas xüsusiyyəti havanın dəyişkən olmasıdır. Belə ki, bu ayda buludlu, yağışlı, küləkli, qarlı və günəşli havaların hamısını görmək mümkündür. Yazın gəlişini bildirən çərşənbələr də Boz ayda qeyd olunur.

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

Bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 3-də Od, martın 10-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək. Yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək”.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar