Ən çox izlənən videolar

Kibercinayətlər 60 dəfə artıb - VİDEO

Kiber təhlükəsizlik şirkəti olan Arbor Networks-un son verdiyi statistikalara görə 2019-da baş verən kiber cinayətlər son 11 ilə nəzərən 60 dəfə daha çoxdur.

194 ölkənin iştirak etdiyi və ilk üçlük Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransanın bölüşdüyü Global Cyber Security indeksində hazıda ölkəmiz 55-ci yerdə qərarlaşıb.

Sadalanan bu statistika Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən artıq ikinci ildir təşkil edilən “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirində səsləndirilib.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində növbəti tədbir 2-6 mart tarixlərində xüsusilə bu sahənin beynəlxalq arenadan olan mütəxəssisləri ilə keçiriləcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar