Ən çox izlənən videolar

Bakı metrosu dezinfeksiya olunur - VİDEO

Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus infeksiyası Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan Metropolitendə infeksiyaya qarşı əks-epidemik tədbirlərin başlanmasına səbəb olub.

Ardıcıl tədbirlərə bu gündən Nərimanov elektrik deposunda qatarlarda başlandı və iş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Həkim-epidemioloq Cavid Feyzullayev isə xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsində əsas vasitənin dezinfeksiya olduğunu bildirdi.

Tam məlumatlı olmaq üçün qeyd edək ki, dezinfeksiya zamanı PROGREEN PROFİX dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar-bakteriyalar, viruslar göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm nəcis üçün də təyinatlıdır.

Xüsusi qeyd etmək istərdim ki, Bakı Metropoliteni QSC dezinfeksiya tədbirlərinə xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlkdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq başlayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar