Ən çox izlənən videolar

Yol işçilərinin günü - VİDEO

Yol mədəniyyətdir deyiblər. Yüksək mədəniyyəti ilə fərqlənən ölkəmiz bu sahədə də fərqlənir.

22 fevral - ölkəmizdə Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ”

Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

Artıq 12-ci ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

Onu da qeyd etmək lazımdır ki, Davos Ümumdünya İqtisadi Forumunun ötən ilki hesabatında da bu sahədə irəliləyiş var. 2018-ci ildə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, 2019-cu ildə 27-ci yerdəydik və hazırda MDB məkanında birinci yerdəyik.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, təmir və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.

Bu kateqoriyadan digər videolar
Digər videolar