Ən çox izlənən videolar

Məcburi köçkün qadınların ədalət çağırışı - VİDEO

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə “Məcburi köçkün qadınların ədalət çağırışı: Sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı "Qadınlar, Sülh və Təhlükəsizlik" qətnaməsinin 20-ci ildönümünə həsr olub.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda siyasi proseslərdə qadınların roluna böyük önəm verildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əksini tapıb:

Ombudsman Səbinə Əliyeva isə qeyd ediib ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir:

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir:

Bu kateqoriyadan digər videolar
Digər videolar