Ən çox izlənən videolar

Koronavirusdan qorunmağın yolları: Baş İnfeksionist əhaliyə müraciət etdi (VİDEO)

İnsanlıq yeni təhlükə ilə qarşı qarşıyadır. Ötən ilin sonundan başlayaqraq, dünyanın müxtəlif yerlərində sürətlə yayılan təhlükənin adı Koronavirusdur.

Virus səbəbindən bu günə qəfər minlərlə insan ölüb, on minlərlə insan isə hazırda virusun daşıyıcısıdır.

Bəs Azərbaycana bu virusun yoluxma ehtimalı varmı? Biz koronavirusu qarşılamağa hazırıqmı?

Virusa yoluxan şəxs özü bunu anlaya bilmir. Bunun üçündə adı çəkilən xəstəliyin simptomları ilə qarşılaşan çəxs mütləq şəkildə həkimə müraciət etməlidir.

Və yaxşı olarki virusa xoluxmasından şübhələnən şəxs özü həkimə getməsin. Çünki həkimə gedərkən ətrafda olan insanlarıda virusa yoluxdura bilər.

Bəs belə olan halda yoluxmayan şəxslər nə etməlidir? Koronavirusdan necə qorunmalıyıq?

Virusdan qorunmağın yollarından biridə respiratorlardan yəni qoruyucu maskalardan istifadə etməkdir.

Koronaviruslar təkcə hava damçı yolu ilə yoluxmur, bu virusa həmdə təmas vasitəsilə də yoluxa bilərik.

Bununla bərabər həmdə olduğunuz məkanın havalandırmasına diqqət etmək vacibdir.

Xatırladaq ki, Cənub qonşumuz İranda koronavirusa yoluxanların sayı 40 nəfəri ötüb. Ölkədə 8 nəfər epidemiyanın qurbanı olub.

Təkcə İran yox ümumiyyətlə xarici səfərlər zamanı həmin ölkədə koronavirusa yoluxma təhlükəsini nəzərə almaq lazımdır. Öz sağlığınıza biganə qalmayın.

İran mütəfəkkiri Sədi Şirazi demişkən: Sağlamlığın əsl dəyəri xəstəlik zamanı bilinər.

Bu kateqoriyadan digər videolar
Digər videolar