Ən çox izlənən videolar

Vüqar Kərəmov “Qran-Pri“yə vəsiqə qazanıb - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” turnirində debütü uğurlu alınıb.

"Orion" idman klubunun yetirməsi Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində özündən iki yaş böyük ABŞ təmsilçisi Kayl Aquondan üstün olub.

28 yaşlı idmançımız hakimlərin yekdil qərarına əsasən qalib elan edilib.

Qeyd edək ki, bu, Vüqar Kərəmovun peşəkar MMA karyerasında ümumilikdə 15-ci, ardıcıl isə 11-ci qələbəsi olub.

Bu kateqoriyadan digər videolar
Digər videolar