Ən çox izlənən videolar

Azərbaycanlı iş adamına silahlı basqın edənlər tutuldu - FOTO, VİDEO, YENİLƏNİB

Ukrayna Daxili İşlər nazirliyi Dnepr şəhərində baş vermiş atışma iştirakçılarının saxlanılmasının videoyazısını yayımlayıb.

REAL TV-nin Ukrayna bürosunun verdiyi məlumata görə, atşmada 5 nəfər iştirak edib və onlar hamısı artıq saxlanılıb. İstintaq gedir.

Ukrayna DİN-dən onu da bildirilər ki, konflikt məişət zəminində yaranıb.

 

***

11:21

Fevralın 24 də Ukraynanın Dnepr şəhərində azərbaycanlı iş adamı Elton Vahidova və onun yaxınlarına hücum edən şəxslər gecə həbs edilib.

REAL-ın Ukrayna bürosu xəbər verir ki, onların şəxsiyyətləri hələ açıqlanmır.

***

Fevral ayının 24 də Ukraynanın Dnepr şəhərində atışma baş verib.

Real xəbər verir ki, naməlum şəxslər azərbaycanlı iş adamı Elton Vahidova və onun yaxınlarına hücum edib.

Atışma bir neçə dəqiqə davam etdikdən sonra, naməlum şəxslər hadisə yerindən "Toyota" markalı avtomobil ilə qaçıblar.

Hadisə zamanı 2 nəfər ayağından, 1 nəfər isə boğazından yaralanıb. Yaralananlar Elton Vahidovun qohumları olduğu bildirilir.

Dnepr şəhərində "Sirena" əməliiyataxtarış planı elan olunub.

Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları istintaq araşdırmaları aparır.

Bu kateqoriyadan digər videolar
Digər videolar