Ən çox izlənən videolar

Parlamentin iclası təxirə salınıb - VİDEO

Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının martın əvvəlinə planlaşdırılan illik sessiyası koronavirus epidemiyasına görə təxirə salınıb.

Yığıncağın Daimi Komitəsinin fevralın 24-də keçirilən iclasında ölkədə il ərzində ən böyük siyasi tədbir olan qanunverici orqanın illik sessiyasının təxirə salınması barədə qərar qəbul edilib. Bu il cədvəl üzrə martın 5-də açılması nəzərdə tutulan sessiya üçün artıq hazırlığa başlanılmışdı. Amma koronavirus epidemiya ilə mübarizə və qabaqlayıcı tədbirlər, hazırda, Çində ən vacib iş hesab olunduğundan, bütün qüvvələrin bu istiqamətə yönəldilməsi daha məqsədəuyğun hesab edilir. Yığıncağın 3 minə yaxın nümayəndəsi, o cümlədən ölkə və vilayət səviyyəsində rəhbər şəxslər epidemiya ilə mübarizəyə qoşulublar. Bütün bunları təhlil edən Daimi Komitə illik iclasın təxirə salınmasına qərar verib.

Qeyd edək ki, Çində dövlət hakimiyyətinin ali orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının ildə bir dəfə keçirilən sessiyasında ölkə həyatının mühüm sahələrinə dair qərarlar qəbul edilir. Sessiyalar arasında olan müddət ərzində Yığıncağın funksiyalarını onun Daimi Komitəsi həyata keçir.

Bu kateqoriyadan digər videolar
Digər videolar