Ən çox izlənən videolar

İqtisadiyyatın virusdan qorunması - VİDEO

Azərbaycan dövləti daim özəl sektorun inkişafına öz dəstəyini göstərib. Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında prezident sərəncamı da bu dəstəyin daha bir nümunəsidir.

Milli Məclisin İqtisadiya siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, sahibkarlara dəstək üçün ayrılan 1 milyard manat vəsait Azərbaycanın ümumdaxili məhsulunun 1,3 faizi deməkdir. Komitə sədri hesab edir ki, ayrılan vəsait iqtisadiyyatın daha da inkişafna təkan olacaq.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar