Ən çox izlənən videolar

Gecə ilə gündüz bərabərləşdi - VİDEO

Bu gündən etibarən ölkəmizə yaz fəsli daxil oldu.Bir çoxumuzun səbirsizliklə gözlədiyi,gecə ilə gündüzün bərabərləşməsi prosesi baş verdi.Ölkəmizdə yaşanan ən böyük astronomik hadisə olan "Yaz bərabərliyi"zamanı günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində Yaz fəsli başlayır.

Yəni,Günəş şüaları günorta vaxtı ekvatora 90°-lik bucaq ilə düşür. Bu an kölgə uzunluğu ekvatorda sıfırdır. Günəş şüaları bu tarixdən etibarən şimal yarımkürəsinə dik düşməyə başlayır. Cənub yarımkürəsində isə gecələr gündüzlərdən uzun olmağa başlayır. Şimal yarımkürəsində isə tam tərsi baş verir. Bu tarixdə cənub yarımkürəsində payızın, şimal yarımkürəsində isə yazın başlanğıcıdır. Bu tarixdə Günəş hər iki qütb nöqtəsində də görülür. Dünyada gecə və gündüz müddətləri bir-birinə bərabər olur. Bu tarix Cənub qütb nöqtəsində altı aylıq gecənin, Şimal qütb nöqtəsində isə altı aylıq gündüzün başlanğıcıdır.

Bu kateqoriyadan digər videolar
Digər videolar