Ən çox izlənən videolar

"Azərişıq" gücləndirilmiş iş rejimində - VİDEO

Mart ayının 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, whatsapp üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində vətəndaşlar məlumat ala bilərlər. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər.

Qeyd edək ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək.Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Martın sonuna qədər “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.

REAL

Bu kateqoriyadan digər videolar
Digər videolar