Ən çox izlənən videolar

İqtisadiyyat nazirindən açıqlama - VİDEO

Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır. Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlamasında bildirib.

Həmçinin koronavirus infeksiyasına qarşı ölkədə keçirilən bütün bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki Ümumi Daxili Məhsulun 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib.

Bu kateqoriyadan digər videolar
Digər videolar